Gülnarə Rəsulova: “Laçını sözlə ifadə etmək çox çətindir”

Gülnarə Rəsulova: “Laçını sözlə ifadə etmək çox çətindir”
20 Noy 2023 09:21

“Bugünkü hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm”.

Bunu Oxu.Az-a açıqlamasında Zabux kəndinə köç edən keçmiş məcburi köçkün Gülnarə Rəsulova deyib.

O bildirib ki, ata yurduna köçmək onun illərdir arzusu olub:

“Mən əslən Laçındanam, yoldaşım isə Zabuxdandır. Bu gün yoldaşımın Zabuxda yenidən tikilmiş ata evinə köçürəm. Laçını sözlə ifadə etmək çox çətindir. Uşaqlığımız, gəncliyimizin ilk illəri Laçında keçib. Orada nə hisslər keçirəcəyimi bilmirəm, çox həyəcanlıyam. Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. 30 ildir işğal altında qalan Qarabağımızı Ali Baş Komandanın rəhbərliyi ilə azad etdik. İndi erməni vandallarının xarabalığa çevirdiyi kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz abadlaşdırılır, yenidən tikilir. Ən qısa zamanda bütün keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına köçməsini diləyirəm”.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə yola salınıb. Bu günədək isə 96 ailənin (382 nəfər) Zabux kəndinə köçü təmin edilib.


9 Dek 2023
İdman

Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

8 Dek 2023
İdman

Azərbaycanlı gimnast qızıl medal və kubokla vətənə döndü - FOTO

2-3 dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində “Mikulas kupa” bədii gimnastika üzrə beynəlxalq yarış keçirilib.

8 Dek 2023
İdman

Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib - FOTO

Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

5 Dek 2023
İdman

“Formula-1”də 2026-cı ildə Madrid Qran-prisi olacaq

“Formula-1” rəhbərliyi 2026-cı ildən İspaniyada iki yarış keçirəcək.

5 Dek 2023
İdman

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar - FOTO

30 noyabr - 3 dekabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 31-ci respublika çempionatı keçirilib.