Bu gün Ağdamın işğaldan azad olunmasından üç il keçir

Bu gün Ağdamın işğaldan azad olunmasından üç il keçir
20 Noy 2023 09:16

Bu gün Ağdam şəhərinin işğaldan azad olunmasından üç il keçir.

Oxu.Az xatırladır ki, Ağdam rayonunun işğaldan azad olunması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə Üçtərəfli bəyanat əsasında baş verib.

Bəyanata uyğun olaraq, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına təhvil verilib. 

Qeyd edək ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 

Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ermənilər vaxtilə Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olublar.

Rayonun 202 200 nəfər əhalisi var. Hazırda məcburi köçkün həyatı yaşayan əhali respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb.  

İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstəririb. 

2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “ruhlar şəhəri” siyahısına salıb.


15 İyul 2025
İdman

"Zirə" Türkiyədə növbəti yoxlama matçına çıxacaq

"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxacaq.

14 İyul 2025
İdman

Avropa birinciliyi: Azərbaycanın 4 boksçusu finala yüksəlib

Azərbaycanın dörd yeniyetmə qız boksçusu Serbiyanın Novi Pazar şəhərində keçirilən Avropa birinciliyində finala vəsiqə qazanıb.

14 İyul 2025
İdman

"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirə qələbə ilə başlayıb

Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də mübarizəyə qələbə ilə başlayıb.

14 İyul 2025
İdman

"Neftçi"nin Polşada üz-üzə gələcəyi daha iki rəqibi açıqlanıb

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib.

14 İyul 2025
İdman

Azərbaycanın daha bir futbolçusunun Qırğızıstan klubuna keçidi rəsmiləşib

Qırğızıstanın “Abdış-Ata” komandası daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.