“Sabah” Azərbaycan Basketbol Liqasının IV turunun bağlanış oyununda asan qələbə qazanıb, son çempion “Sərhədçi”ni üstələyib.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüşdə “Sabah” rəqibini 112:89 hesabı ilə məğlub edib.
Ən məhsuldar basketbolçular “Sabah”da Kivon Devenport (28 xal, 8 ribaund), “Sərhədçi”də isə Cekson Rid (22 xal, 7 assist) olub.
Qeyd edək ki, V turun oyunları (“Sərhədçi” - “Gəncə”, “Xırdalan” - NTD-INDIGO, “Cəlilabad” - “Sumqayıt”, “Neftçi” - “Sabah”, “Şəki” - “Xəzri”) 23-26 noyabr tarixlərində baş tutacaq.
Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
2-3 dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində “Mikulas kupa” bədii gimnastika üzrə beynəlxalq yarış keçirilib.
Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.
“Formula-1” rəhbərliyi 2026-cı ildən İspaniyada iki yarış keçirəcək.
30 noyabr - 3 dekabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 31-ci respublika çempionatı keçirilib.