Azərbaycanda son bir həftədə 142 nəfər COVID-19-a yoluxub - FOTO

Azərbaycanda son bir həftədə 142 nəfər COVID-19-a yoluxub - FOTO
18 Sent 2023 16:50

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (11.09.2023-17.09.2023) 142 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 832 580 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir.

Ölkədə son həftə ərzində 3 012, hazırkı dövrədək isə 7 680 488 test aparılıb.

 


25 Sent 2023
Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

25 Sent 2023
Cəmiyyət

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

25 Sent 2023
Cəmiyyət

Daha iki gün geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək.