Azərbaycan taekvondoçuları Gürcüstanda 12 medal qazandılar

Azərbaycan taekvondoçuları Gürcüstanda 12 medal qazandılar
18 Sent 2023 16:10

Azərbaycan taekvondoçuları Gürcüstanda keçirilən Batumi açıq turnirində 12 medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Masallı Regional Taekvondo Mərkəzinin komandasının hər bir üzvü fəxri kürsüyə yüksəlib.

Pünhan Heydərli (33 kq) uşaqların mübarizəsində qalib olub. Yeniyetmələrin yarışında yalnız finalda uduzan Hüseyn Sadıqlı (33 kq) ikinci, Murad Cahangirov (41 kq) üçüncü yeri tutub.

“Alpman” klubu ölkəyə 3 qızıl və 2 bürünc medalla qayıdıb. Uşaqlar arasında Sübhan Rzayev (30 kq), yeniyetmələrdə Əzizə Məmmədova və Səidə Həsənova (47 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Murad Həsənzadə (25 kq, uşaqlar) ilə Orxan Ağazadə (41 kq) bürünc medalla kifayətləniblər.

“Alov” Taekvondo Klubunun məşqçisi Asim Xudiyevin yetirmələrindən Günər Kərimli (27 kq, uşaqlar) ikinci, Mehdi Xudiyev (45 kq, yeniyetmə) üçüncü pillədə qərarlaşıb.

Digər medalları Gündüz Abdullayevin yetirməsi İbrahim Qədimov (54 kq, kişilər, “Azəri” TK) və Vüqar Kərimovun yetirməsi Ülvi Məmmədov (36 kq) əldə ediblər. Onlar müvafiq olaraq, qızıl və gümüş medala sahib olublar.

Beləliklə, klublar 3 yaş qrupu üzrə 5 qızıl, 3 gümüş və 4 bürünc medalla Vətənə dönürlər.


25 Sent 2023
İdman

Azərbaycanlı kiberidmançı ikiqat Avropa çempionu oldu - VİDEO

“Mortal Kombat 1” oyunu üzrə Avstriyanın Vyana şəhərində keçirilmiş “Viennality 2k23” birinciliyində Azərbaycanın təmsilçisi Həmid Mustafayev qalib olub. Final mərhələsində “MK_Azerbaijan” təxəllüsü ilə çıxış edən Həmid Böyük Britaniyalı rəqibi Aaron Deyvisi məğlub edərək ikinci dəfə Avropa çempionu adını qazanıb.

25 Sent 2023
İdman

Azərbaycan parataekvondoçusu dünya çempionu olub - VİDEO

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44) dünya çempionu tituluna sahib olub.

25 Sent 2023
İdman

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları sonuncu gündə bir medal qazanıblar - YENİLƏNİB

Azərbaycanın bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqənin sonuncu günündə bürünc medal qazanıb.

22 Sent 2023
İdman

Böyük Dəbilqə: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Böyük Dəbilqə turnirinin yarımfinalına yüksəlib.