Dörd yaşlı Əlinin müalicəsi üçün 200 manata ehtiyacı var - FOTO

Dörd yaşlı Əlinin müalicəsi üçün 200 manata ehtiyacı var - FOTO
16 Sent 2023 10:55

Dörd yaşlı Əlinin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ülkər Abdullayeva məlumat verib.

O bildirib ki, Əli baş-beyin inkişafı qüsuru ilə doğulub.

“Əli 2019-cu ildə dünyaya gəlib, ikinci övladımdır. Hamiləlik dövründə hər şey qaydasında olsa da, doğulandan sonra baş-beyinin inkişafdan qaldığını öyrəndik. Əli doğulan ilk gündən müalicələr edilib, amma bu problem düzəlməyib. Son dövrlərdə isə başına su yığılır. Bir neçə həftə əvvəl su çəkilsə də, yenidən su gəlməyə başlayıb. Həkimlər müalicə almalı olduğunu deyirlər”.

Ülkər Abdullayeva qeyd edib ki, müalicə üçün dəstəyə ehtiyacları var.

“Biz Əlinin əməliyyatını sizin saytın oxucularının dəstəyi ilə toplayıb, etdirə bildik. Hazırda isə övladımın müalicəyə ehtiyacı var. Bunun üçün isə  bizə 200 manat lazımdır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”

Ailə ilə əlaqə: (055) 894-49-75



25 Sent 2023
Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlanıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

25 Sent 2023
Cəmiyyət

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

25 Sent 2023
Cəmiyyət

Daha iki gün geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək.