“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO
09 İyun 2023 16:34

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

Oxu.Az xəbər verir ki, o, 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub.

M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. 1991-ci ildə isə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb.

Ramiz Əzizbəyli “Qanlı zəmi” filmində “Koxa”, “Bəyin oğurlanması” filmində “İsabala”, “Qayınana” filmində “dişi ağrıya”n, “Qərib cinlər diyarında” “Əxras”, “Köhnə bərə” filmində “Kamil”, “İntizam” filmində “Babayevin tanışı”, “Dərviş parisi partladır” filmində “nökər” rolunu oynayıb.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. 1 avqust 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Xalq artistinin səhhətində uzun müddət problemlər olub. O, üç dəfə insult keçirib. Yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkib. Koronavirusa yoluxan sənətkar Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib. Və orada olduğu müddətdə infarkt keçirib.

Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə vəfat edib, Qurd qapısı qəbiristanlığında dəfn edilib.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.