Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti ilə görüşüb

Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının prezidenti ilə görüşüb
07 İyun 2023 13:11

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 7-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitano ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycanda mülki aviasiyanın inkişafı və aviasiya təhlükəsizliyi sahəsində görülmüş işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ölkəmizdə aviasiya təhlükəsizliyi standartlarının ICAO standartlarına uyğunlaşdırılması təşkilat tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə istismara verilmiş hava limanlarının ICAO-nun beynəlxalq məkan indeksləri kataloquna daxil edildiyini bildirən Baş nazir bu bölgələrdə beynəlxalq aeroportların inşasının turizmin inkişafı baxımından vacibliyini vurğulayıb.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.