İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB + FOTO
03 İyun 2023 13:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxa Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında iştirakına və dəstəyinə görə minnətdarlığını bildirib, bunun əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini deyib.

Tomas Bax paytaxtımızda keçirilən bu idman yarışında iştirak etməkdən məmnunluğunu ifadə edib.

Söhbət zamanı çox sayda ölkəni təmsil edən idmançıların iştirak etdikləri taekvondo üzrə 26-cı dünya çempionatının Azərbaycanda keçirilməsinin önəminə toxunulub.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsinin uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi və ölkəmizin bu beynəlxalq qurumun fəal iştirakçısı olduğu qeyd edilib, Azərbaycanın beynəlxalq idman təşkilatları ilə uğurlu qarşılıqlı fəaliyyəti vurğulanıb.

Söhbət zamanı ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışılıb, Azərbaycanın dünya əhəmiyyətli çoxsaylı idman tədbirlərinin yüksək səviyyədə təşkil edildiyi məkana çevrildiyi bildirilib, paytaxtla yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradıldığı qeyd olunub.

Tomas Bax 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarını məmnunluqla xatırladaraq qeyd edib ki, o, hələ də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi Oyunların açılış mərasiminin xoş təəssüratları altındadır.

Sonda Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti dövlətimizin başçısına Olimpiya Evi Mükafatını təqdim etdi. Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir. Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan bina Beynəlxalq Olimpiya Komitəsinin dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir.

12:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

 


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.