Pərviz Şahbazov: "Naxçıvan “yaşıl enerji” marafonuna qoşulur"

Pərviz Şahbazov: "Naxçıvan “yaşıl enerji” marafonuna qoşulur"
03 İyun 2023 12:35

Bu gün Naxçıvan “yaşıl enerji” marafonuna qoşulur.

"Report" xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvanda keçirilən xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov bildirib.

"Naxçıvanda “yaşıl enerji zonası”nın inkişafı üçün də Konsepsiya hazırlanır. Əlverişli günəş radiasiyasına malik Naxçıvan bu məqsədin həyata keçirilməsi üçün ideal ərazidir. Hazırda qoyuluş gücü 252 MVt olan 12 elektrik stansiyası fəaliyyət göstərir ki, bu stansiyaların 10-u elektrik enerjisini bərpa olunan enerji mənbələrindən istehsal edir. Muxtar respublikanın elektrik enerjisi tələbatının 1/3-i bərpa olunan enerji hesabına ödənir. Lakin bu göstəricini əhəmiyyətli dərəcədə artırmaq imkanı var və bu məqsədlə xarici investorlarla əməkdaşlığımızın coğrafiyasına Naxçıvan da daxildir. Muxtar respublikada külək və günəş enerjisi üzrə təqribən 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması, onun ən azı 1000 MVt-ının Türkiyə və Avropa istiqamətində ixracı strateji hədəfimizdir və biz bununla bağlı artıq fəaliyyətə başlamışıq", - deyə o qeyd edib.

"Bu gün burada Energetika Nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR) bir sıra əməkdaşlıq sənədləri imzalayacaq. “TotalEnergies ” və “Nobel Energy ” şirkətləri ilə günəş və külək enerjisi layihələri üzrə nəzərdə tutulan 900 MVt gücün 650 MVt-nın Naxçıvanda yaradılması planlaşdırılır. 400 MVt-lıq günəş elektrik stansiyasının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə “Nobel Energy ” şirkəti ilə əməkdaşlıq ediləcək. “TotalEnergies ” şirkəti isə 250 MVt gücündə günəş elektrik stansiyası, həmçinin enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsini və icrasını nəzərdə tutur", - deyə nazir əlavə edib.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.