Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin bu günə qədər olan statistik göstəriciləri açıqlanıb.
"Report"un məlumatına görə, İnsan Resursları Mərkəzindən bildirilib ki, müsabiqədə 128 namizəd test imtahanı və müsahibə nəticələrində uğur qazanıb.
Həmin şəxslər faktiki yaşayış yeri üzrə yerlərə yerləşdirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.
Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.