14 yaşlı İnci sümük xərçəngindən əziyyət çəkir: Müalicəsi üçün 500 manata ehtiyacı var - FOTO

14 yaşlı İnci sümük xərçəngindən əziyyət çəkir: Müalicəsi üçün 500 manata ehtiyacı var - FOTO
02 İyun 2023 15:44

14 yaşlı İncinin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ramiyyə Heydərzadə məlumat verib.

O bildirib ki, övladı İnci Əhmədzadə sümük xərçəngi xəstəliyindən əziyyət çəkir.

“İncinin 14 yaşı var. Bu ilin aprel ayında onun yerişi dəyişdi, daha sonra isə ağrıları başladı. Həmin dövrdə uşaq poliklinikasına müraciət etdik və müalicə başlandı. Müalicənin müsbət nəticəsi olmadığı üçün başqa analizlər və müayinələr etdirdik. Müayinələrin sonunda övladımın sümük xərçəngindən əziyyət çəkdiyini öyrəndik”.

Ramiyyə Heydərzadə övladının müalicəsi üçün maddi dəstəyə ehtiyacları olduğunu deyib.

“İnci bir kurs kimyaterapiya qəbul edib. Hazırda ikinci və üçüncü kurs kimyaterapiyaları qəbul etməlidir. Həkim daha sonra müalicənin hansı istiqamətdə gedəcəyini bildirib. Bir kurs kimyaterapiya üçün bizim 500 manata ehtiyacımız olur. Ailəmizdə tək yoldaşım işləyir, mən isə evdar xanımam. Həm uşağın müalicəsi, həm də digər xərcləri çatdırmaq inanın çox çətindir. Yardımsevər şəxslərdən övladıma bu çətin yolda kömək olmalarını xahiş edirəm”

Kapital Bank: 4169 7388 8468 3321

Ailə ilə əlaqə: 070 352 58 18

 


25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.