Sahil Babayev: "İxtisaslı şəxslərin fərdi məşğulluq proqramlarına cəlb olunmasını hədəfləyirik"

Sahil Babayev: "İxtisaslı şəxslərin fərdi məşğulluq proqramlarına cəlb olunmasını hədəfləyirik"
02 İyun 2023 14:35

Bu il Azərbaycanda 20 min işsiz şəxsi peşə hazırlığına cəlb edilməsi planlaşdırılır və bu istiqamətdə işlər görülür.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliyin edilməsi layihəsinin müzakirəsi zamanı deyib.

"Hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Xüsusən də ixtisaslı şəxslərin tez bir zamanda işlə təmin edilməsi, bundan başqa fərdi məşğulluq proqramlarına cəlb olunmasını hədəfləyirik. Amma nazirliyin potensialı buna kifayət etmir. Bu səbəbdən də özəl tərəfdaşlarla əməkdaşlıq edilir. Belə olan zaman da daha ciddi addımlar atıla bilər",- deyə nazir bildirib.


28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.

28 Mar 2024
Cəmiyyət

Xətaidə qumbaralar tapıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.