Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb

Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb
02 İyun 2023 12:51

Azərbaycanın Baş naziri Əli Əsədov bp şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

bp tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin önəmi qeyd edilib. İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı bp şirkəti ilə birgə aparılan işlər müzakirə olunub.

Görüşdə, həmçinin Azərbaycanın paytaxtında keçirilən Bakı Enerji Həftəsinin əhəmiyyəti vurğulanıb.


19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

19 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

19 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.

18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.