Komitə sədri: “Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir” - FOTO

Komitə sədri: “Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir” - FOTO
02 İyun 2023 11:45

“Sus və Zabuxa qayıdışla bağlı tapşırıqların avqust ayında həyata keçiriləcəyi ehtimal edilir”.

“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Dünya Bankı ilə dövlət komitəsi arasında olan müqaviləyə əsasən ayrılan maddi vəsait yalnız məcburi köçkünlərin məşğulluğu ilə bağlı layihələrə sərf olunacaq:

“Dövlət Komitəsi bütün imkanlarından istifadə edəcək ki, həqiqətən də sözün əsl mənasında məcburi köçkünlərə tutarlı yardımlar göstərilsin”.

R.Rzayev söyləyib ki, hazırda Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir:

“Cənab Prezident tərəfindən tapşırıq verilən kimi dərhal icra ediləcək”.

Prezident İlham Əliyevin sentyabr ayında Sus və Zabuxa qayıdışla bağlı verdiyi tapşırıqlardan danışan qurum sədri əlavə edib ki, bu gün həmin tapşırıqlar icra olunur:

“Ehtimal ki, qayıdışla bağlı tapşırıqlar avqust ayında həyata keçiriləcək”.


29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.