Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçirilib.
“Report”un məlumatına görə, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 80:80. Əlavə vaxtda rəqibini 86:85 hesabı ilə üstələyən “Sabah” ölkə çempionu olub. Bu görüşədək seriyada hesab bərabər idi - 2:2.
Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.
Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.