Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri “Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdirib - FOTO

Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri “Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdirib - FOTO
26 May 2023 09:56

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər.

“Report” xəbər verir ki, Türkiyə Respublikasının Qars şəhərində keçirilən “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimi başa çatıb. Türkiyə Cümhuriyyətinin yaranmasının və ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər.

Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimini izləmək üçün Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Qars şəhərində səfərdə olub. Səfər çərçivəsində böyük öndər Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin Qars şəhərində ucalan abidələri ziyarət edilib.

“Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində əvvəlcə ərazidə qoşunların yerləşməsi, eləcə də mərhələlər üzrə icra olunacaq fəaliyyətlər və hərbi təyinatlı müasir silah və döyüş texnikaları haqqında məlumat verilib. Planla tanışlıqdan sonra təlimin döyüş atışlı mərhələsinə start verilib.

Təlimin ssenarisinə əsasən xüsusi təyinatlı bölmələr şərti düşmənin terror qruplaşmasının yerləşdiyi mağaraya basqın fəaliyyətini yerinə yetiriblər.

Tankların, piyadaların döyüş maşınlarının, artilleriya və tankəleyhinə bölmələrin heyətləri helikopterlərin dəstəyi ilə şərti düşmən mövqelərini tam dəqiqliklə məhv ediblər.

Təlimə cəlb edilmiş snayperlər müxtəlif məsafədən praktiki atışları yerinə yetiriblər.

Böyük öndər Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin portretinin, eləcə də hər iki qardaş ölkənin dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlimə yekun vurulub. Təlimdə fərqlənən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Sonda xatirə şəkli çəkdirilib.

“Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdirən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Araz çayı üzərindəki “Ümid” körpüsündən keçərək xidmət yerlərinə qayıdıblar.

 


2 İyun 2023
Siyasət

Cibuti prezidenti İlham Əliyevə məktub göndərdi

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

2 İyun 2023
Siyasət

Polşa prezidenti İlham Əliyevi təbrik etdi

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

2 İyun 2023
Siyasət

Prezidentdən daxili işlər orqanları əməkdaşlarının ştat sayı həddi ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi dəyişdirilib. 

2 İyun 2023
Siyasət

Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

2 İyun 2023
Siyasət

Kamaləddin Qafarov: “İsrail ilə əməkdaşlıq Azərbaycanın mənafeyinə uyğundur”

“ İsrail dövləti 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb.