Ramiz Novruzun doğum günüdür - FOTO

Ramiz Novruzun doğum günüdür - FOTO
25 May 2023 11:08

Bu gün mərhum Xalq artisti Ramiz Novruzun doğum günüdür.

Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Ramiz Qəvvam oğlu Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub.

O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram teatrı və kino aktyorluğu” fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Sonra Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Elə ilk günlərdən ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. Akademik Milli Dram Teatrının səhnəsində və kino sahəsində fəaliyyəti istedadlı aktyorun tez tanınmasına səbəb olub.

Aktyorun “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və digər rolları ona şöhrət gətirib. Ramiz Novruz H.Cavidin “Topal Teymur”, L.Tolstoyun “Kreyser sonatası”, V.Şekspirin “Antoni və Kleopatra”, Orxan Kamalın “Dodaqdan qəlbə”, “Yad qızı” və digər tamaşalarda maraqlı obrazlar yaradıb.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatı alıb. 9 may 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 29 oktyabr 2019-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.

Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti uzun müalicəyə baxmayaraq, bu il fevralın 21-də xəstəxanada vəfat edib.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.