Nyu-Yorkda Novruz bayramı qeyd edilib - FOTO

Nyu-Yorkda Novruz bayramı qeyd edilib - FOTO
24 Mar 2023 09:23

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tədbirdə Nyu-Yorkda yaşayan özbək, tacik, Pakistan, İran, yəhudi, Ukrayna, Belarus, Latın Amerikası və digər icmalardan olan ailələr iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan mərkəz rəhbəri Alyona Bədəlova bayram münasibətilə soydaşlarımızı və qonaqları təbrik edib, Novruz bayramının tarixindən, adət-ənənələrindən, Azərbaycanda dövlət səviyyəsində geniş şəkildə qeyd olunmasından danışıb.

Tədbir zamanı uşaqlar rəmzi tonqalın üzərindən atılıb, yumurtanın boyanması qaydası ilə tanış olub, Novruza xas əyləncəli oyunlarda iştirak ediblər. Uşaqlara Novruz şirniyyatları, valideynlərə isə Azərbaycanın milli mətbəxi haqqında kitablar hədiyyə edilib.

Tədbirin bədii hissəsində mərkəzin şagirdləri Azərbaycan rəqslərini təqdim ediblər.

Bayram şənliyi valideynlərin, uşaqların və qonaqların böyük həvəslə qoşulduqları “Yallı” milli rəqsinin ifası ilə başa çatıb.

Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzi 10 ildir Nyu-Yorkda fəaliyyət göstərir. Mərkəzin müxtəlif layihələri əsasında Azərbaycanın məşhur futbolçusu Anatoli Banişevski adına futbol turniri, uşaqlar ücün Novruz şənliyi, “İpək Yolu” festivalı, “Azərbaycana məhəbbətlə” rəsm sərgisi, ABŞ-dakı müxtəlif icmalar üçün Azərbaycan rəqsləri üzrə ustad dərsləri və seminarlar təşkil edilir.

Hər il konsertlərdə, festivallarda və müsabiqələrdə fəal iştirak edən mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini ABŞ-da təbliğ etmək, habelə ənənələri qorumaq, digər icmaların diqqətini Azərbaycanın parlaq mədəni irsinə cəlb etmək məqsədinə xidmət edir.

 


23 Apr 2024
Siyasət

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

“Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib”.

23 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq”

“Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük olardı”.

23 Apr 2024
Siyasət

“COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq”

“Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir”.

23 Apr 2024
Siyasət

Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”

“COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq”.

23 Apr 2024
Siyasət

Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala tərəfindən qəbul edilib.