Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib
16 Mar 2023 17:15

Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

"Report" xəbər verir ki, 53 kq-dakı Gültəkin Şirinova və 65 kq-dakı Birgül Soltanova bu raundadək irəliləyə bilib. Şiriona finala gedən yolda türkiyəli Zeynep Yetgillə, Soltanova isə fransalı İris Tiboks ilə güləşəcək.

57 kq-dakı Jalə Əliyeva təsnifatda ukraynalı Aleksandra Xomenetsə məğlub olub. O, rəqibi finala çıxsa, sabah təsəlliverici görüşə qatılacaq.

68 kq-dakı Nigar Mirzəzadə təsəlliverici görüşdə polşalı Karolina Kozlovskaya qalib gəlib. Mirzəzadə bürünc medal uğrunda macarıstanlı Karolina Pokla qarşılaşacaq. Bu gün, həmçinin, 55 kq-dakı Elnurə Məmmədova bürünc medal uğrunda qarşılaşmada Mihaela Samoillə (Moldova) üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.


28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.