Rusiyadan Azərbaycana uçan təyyarə geri qayıtdı

Rusiyadan Azərbaycana uçan təyyarə geri qayıtdı
03 Fev 2023 09:28

Samaradan Bakıya uçan “Utair” şirkətinin təyyarəsi mühərriklərdən birinin generatorunda nasazlıq yarandığı üçün geri qayıdıb.

Bu barədə Volqa Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Kuybışev Nəqliyyat Prokurorluğu 2023-cü il fevralın 2-də 773 saylı Samara - Bakı marşrutu üzrə reysi yerinə yetirən təyyarənin texniki səbəbdən hava limanına qayıtması ilə əlaqədar uçuşların təhlükəsizliyinə və sərnişinlərin hüquqlarına riayət olunmasına dair yoxlama aparır”, - məlumatda deyilir.

Bildirilir ki, “Utair” şirkətinin “Boeing-735” təyyarəsinin komandiri mühərriklərdən birinin generatorunda nasazlıq yarandığı üçün Kurumoç hava limanına geri qayıtmaq qərarına gəlib. Təyyarə eniş edib və hazırda problem aradan qaldırılır.

Uçuşu gözləyərkən sərnişinlər federal aviasiya qaydaları ilə nəzərdə tutulmuş xidmətlərlə təmin olunacaqlar.

Volqa Nəqliyyat Prokurorluğundan bildirilib ki, biri azyaşlı olmaqla 67 sərnişin uçuş üçün qeydiyyata alınıb.

Qeyd olunub ki, nəzarət orqanı hadisənin baş vermə şəraitini yoxlayacaq və əsaslar olduqda prokurorluq tərəfindən cavab tədbirləri görəcək.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.