Estoniyanın Tırva şəhərində Ukrayna Prezidenti Volodimir Zelenskinin qumdan hazırlanmış nəhəng heykəli qoyulub.
Bu barədə Estoniyanın Baş naziri Kaya Kallas “Instagram” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, heykəl Azadlıq Parkında yerləşir. Kaya Kallas qeyd edib ki, şəhər sakinləri parkı ötən ilin iyununda açıblar və söz veriblər ki, Ukrayna müharibədə qalib gələnə qədər heykəl orada qalacaq.
“Estoniyalıların Ukraynaya dəstəyi sarsılmazdır və Estoniyanın hər yerində bu hiss olunur. Tırvada yerli sakinlər Ukraynaya həsr olunmuş Azadlıq parkı yaradıblar. Bu parkda Prezident Zelenskinin monumental qum heykəli var. Sakinlər Ukrayna müharibədə qalib gələnə qədər heykəli orada saxlamağa qərarlıdırlar”, - deyə Baş nazir bildirib.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.