Ağalı kəndində Gənclər Günü qeyd olunub - FOTO

Ağalı kəndində Gənclər Günü qeyd olunub - FOTO
02 Fev 2023 13:32

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələliyinin təşkilatçılığı ilə “Böyük Qayıdışda gənclərin iştirakı” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabi, Şuşa Şəhəri Qoruq İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə  iş şöbəsinin müdiri Faiq Məmmədov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) baş katibi  Vüqar Əliyev,  “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyəti göstərən gənclər, Ağalı kəndində əmək fəaliyyəti ilə məşğul olan gənc mütəxəssislər iştirak ediblər. 

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən dirçəldilməsində gənclərin iştirakı barədə cəmiyyətin məlumatlandırılması, gənclərin “Böyük Qayıdış”da iştirakının təşviq edilməsinin vacibliyini vurğulayan çıxışçılar, həmçinin Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında və Şuşada həyata keçirilən könüllülük proqramlarından danışdılar. 

Gənclərdən ibarət muğam triosunun musiqi nömrələri ilə davam edən tədbirin sonunda tədbir iştirakçılarına Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələliyi və “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası,  Böyük Qayıdış” şirkəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib. 

 


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.