Daha beş gəmi Ukrayna limanlarını tərk edib

Daha beş gəmi Ukrayna limanlarını tərk edib
02 Fev 2023 11:26

Realpress.az Milli.Az-a istinadən xəbər verir. Fevralın 1-də Ukrayna limanları qarğıdalı, buğda və soya ilə beş quru yük gəmisini tərk edib.

Bu barədə Birgə Koordinasiya Mərkəzindən bildirilib.

"Fevralın 1-də Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 216 719 ton taxıl və digər ərzaq daşıyan beş gəmi Ukrayna limanlarını tərk edib", - deyə qeyd olunub. 

"Manna" gəmisi (51 min 405 ton qarğıdalı) Portuqaliyaya, "Donna Judi" gəmisi (33 min ton buğda) İspaniyaya gedir. "Barra" qur yükdaşıyıcısı 41 min ton buğda ilə Türkiyəyə yola düşüb.

Bundan əlavə, "The Ruler" gəmisi Çinə 65 min 114 ton qarğıdalı tədarük edəcək. "Lolo Gate" gəmisi Misirə 16,5 min ton buğda və 9,7 min ton soya daşıyacaq.

Çərşənbə günü dəniz humanitar dəhlizindən keçən dörd quru yük gəmisi də Ukrayna limanlarına gedir.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.