Gənclər təşkilatları tərəfindən Gənclər Gününün 26-cı ili qeyd edilir - FOTO

Gənclər təşkilatları tərəfindən Gənclər Gününün 26-cı ili qeyd edilir - FOTO
02 Fev 2023 11:03

Artıq 28 ildir ki, fəaliyyət göstərən və əsas missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclər təşkilatlarının rolunun artırılması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2 fevral - Gənclər günü münasibəti ilə bir sıra tədbirlər həyata keçirib.

İlk olaraq 31 yanvar tarixində “Gənclər təşkilatları: yeni çağırışlar” mövzusunda 200-dən çox gəncin, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, həmçinin dövlət rəsmilərinin iştirakı ilə forum təşkil edilib. Tədbirin təşkilində əsas məqsəd ölkənin aparıcı və fəal gənclər təşkilatlarının iştirakı ilə uğurlu gənclər siyasətinin icra edilməsində ulu öndər Heydər Əliyev irsinin təbliği və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi istiqamətində müzakirələrin aparılmasından ibarət olub. 

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlıqları ilə keçirilən forum çərçivəsində rəsmilərin iştirakı ilə aidiyyəti istiqamətlərdə müzakirələr baş tutub və gənclər təşkilatlarının təklifləri dinlənilib. Rəsmi hissə yekunlaşdıqdan sonra gənclər siyasətinin müxtəlif aspektlərini özündə cəmləşdirən mövzularında təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələrlə forum öz işini yekunlaşdırıb.

Daha sonra adı ümummilli lider Heydər Əliyevlə bağlı olan Gənclər Günündə “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır” sözlərinin müəllifi ulu öndər Heydər Əliyevin, həmçinin şəhidlərimizin əziz xatirələri gənclər təşkilatlarının iştirakı ilə Fəxri xiyabana və Şəhidlər xiyabanına yürüş təşkil edilərək yad olunub.

 


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.