“Azərbaycan Respublikası Macarıstan üçün çox vacib strateji tərəfdaşdır”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Macarıstan Prezidenti Katalin Novak özünün “Twitter” hesabında bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində Azərbaycanın Avropa üçün enerji mənbələrinin şaxələndirilməsində çox mühüm rol oynadığını dediyini bildirib.
Xatırladaq ki, yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə təkbətək görüşü olub.
“Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.