Qan xərçəngindən əziyyət çəkən 7 yaşlı Rüqəyyanın anası: “Müalicədən sonra qızıma ilik köçürülməlidir” - FOTO

Qan xərçəngindən əziyyət çəkən 7 yaşlı Rüqəyyanın anası: “Müalicədən sonra qızıma ilik köçürülməlidir” - FOTO
30 Yan 2023 14:17

7 yaşlı Rüqəyya kəskin limfoblast leykemiyadan (qan xərçəngi) əziyyət çəkir. 

Bu barədə Oxu.Az-a onun anası Bədəlova Aygün məlumat verib.

O bildirib ki, qızı 2020-ci ilin may ayından bu xəstəliklə mübarizə aparır.

“Övladım Şükürzadə Rüqəyya Turan qızı 2016-cı ildə sentyabrın 30-da doğulub. Artıq üç ildir ki, kimyaterapiya kursları keçir. Biz dekabr ayında Türkiyəyə gəlmişik, qızım burada xeyirxah bir nəfərin köməyi ilə bir kurs müalicə olunub. İndi yenidən iki kurs müalicə olunmalıdır. Bunun üçün isə bizə 26 000 dollar lazımdır. Yoldaşımla ayrılmışıq, övladlarıma tək baxıram. Bizə nəinki maddi dəstək olur, heç övladlarının vəziyyəti ilə belə maraqlanmır. Xalqımızdan bizə kömək etmələrini xahiş edirəm”.

Aygün Bədəlova bildirib ki, Rüqəyyaya donor da tapılıb.

“Rüqəyyanın donoru öz qardaşıdır. Amma hələ müalicə olunmalıdır. Müalicə prosesi bitdikdən sonra qardaşından ona ilik köçürüləcək”. 

Rüqəyyanın babası ilə əlaqə: 050 522 09 55

Rüqəyyanın anası: 050 710 87 13 (WhatsApp) 



24 Mar 2023
Cəmiyyət

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

24 Mar 2023
Cəmiyyət

Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

24 Mar 2023
Cəmiyyət

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

24 Mar 2023
Cəmiyyət

Xankəndi yolunda sülhməramlılarla BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB + VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.