Xankəndi yolundakı aksiya 50 gündür davam edir - FOTO

Xankəndi yolundakı aksiya 50 gündür davam edir - FOTO
30 Yan 2023 09:25

Realpress.az Oxu az-a istinadən xəbər verir. Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 50 gündür davam edir.

 Havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.


24 Mar 2023
Cəmiyyət

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

24 Mar 2023
Cəmiyyət

Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

24 Mar 2023
Cəmiyyət

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

24 Mar 2023
Cəmiyyət

Xankəndi yolunda sülhməramlılarla BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB + VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.