Hər 21 gündən bir iynə vurulan 5 yaşlı Ümüdün sizin yardımınıza ehtiyacı var - VİDEO

Hər 21 gündən bir iynə vurulan 5 yaşlı Ümüdün sizin yardımınıza ehtiyacı var - VİDEO
24 Yan 2023 11:21

5 yaşlı Ümüd Şahbazovun xeyirxah insanların yardımına ehtiyacı var. O, 2 ildən çoxdur ki, onkoloji əməliyyat olunub və ağır immunodefesit (immun çatışmazlığı) xəstəliyindən əziyyət çəkir. Ümüdün yaşaması üçün 21 gündən bir bahalı "Panziga" iynəsi vurulur. Uşağın iynədən asılı olmaması üçün təcili sümük iliyi köçürülməlidir.

Bu barədə BiG.AZ-a anası Lüdmila Şahbazova bildirib.

O, bu əməliyyatı həyata keçirmək üçün imkanlarının olmadığından xeyirxah insanlara üz tutub:

"Hamıdan bir ana kimi xahiş edirəm, səsimə səs verin. Kürdəmirdə yaşayırıq. 4 övladımız var. Allaha xatir, gücünüz nəyə çatırsa, yardım edin. Sığortaya və digər qurumlara müraciət etmişik, nəticə yoxdur. Yoldaşım fəhlədir. Uşaq gözümün önündə əzab çəkir. Nə olar, bizə yardım edin. Görüb keçməyin. Kimin ürəyində azca da şübhə varsa, əlaqə nömrəsinə zəng edib, gəlib yaxından görə, uşağa baş çəkə bilər. Xahiş edirəm, hər yerdə dost-tanışlarınızl paylaşın".

Kart hesabları:

1. Kapital Bank

4169-7385-1708-9706 (Teymur Aliyev)

2. Xaricdən göndərmək ucun. Avro hesabı
Kapital Bank

5404-0852-3834-3711

3. Rabitə bank

5261-6333-3540-1098 (Habil Sahbazov)

4. Rusiyadan dəstək olmaq istəyənlər üçün : Sber Bank hesabı
4279 3806 7570 7881

Əlaqə: +994 77 542 30 68 (anası)


3 Fev 2023
Cəmiyyət

XİN başçısı Laçın yolundakı durum barədə Macarıstanın xarici işlər və ticarət nazirini məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.

3 Fev 2023
Cəmiyyət

Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

3 Fev 2023
Cəmiyyət

DİM builki buraxılış imtahanlarından 683 şagirdi azad edib - SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.

3 Fev 2023
Cəmiyyət

Mikayıl Cabbarov Kadri Simson ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson ilə görüşüb.

3 Fev 2023
Cəmiyyət

Şənbə gününün hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında fevralın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.