Reyhan

Reyhan
24 Yan 2023 10:56

Reyhan haqqında ümumi məlumat
Reyhan birillik dərman bitkisi olub öz ətri ilə seçilən göyərtilərdəndir. Reyhanın hündürlüyü 30-60 santimetrə qədər qalxa bilir və hər tərəfə qol-budaq ataraq böyüyür. Yabanı reyhanın hündürlüyü isə 70-80 santimetr ola bilir. Onun yarpaqları oval şəklində və bəzən növündın asılı olaraq ətrafları xırda kəsikli olur. Reyhanın yarpaqları yaşıl və bənövşəyi rənglərdə ola bilir. Növündən asılı oalaraq reyhan çiçəklərinin rəngi çəhrayı, yaşıl, bənövşəyi olur. Reyhanın çiçəkləri gövdə hündürə qalxdıqdan sonra açır və toxum əmələ gətirir.
Reyhan yarpaqlarının tərkibi efir yağları ilə zəngin olur. Onun xüsusi dadı və ətri olur. Bu səbəbdən də reyhan bir çox qida maddələrinə əlavə edilir. Reyhanin vətəni Cənubi Asiya hesab edilir. Avropa ölkələrinə reyhan XVI əsrdə gətirilib. Reyhan az kalorili göyərtidir. Onun qurutduqda da tərkibində olan maddələrin miqdarı öz təsirini saxlaya bilir.
Reyhannın Tərkibi
100 qram reyhanın tərkibində olanlar:
- Zülallar - 3,15 qr
- Yağlar - 0,6 qr
- Karbohidtarlar - 2,7 qr
- Su - 92 qr
- Kalori - 23 kKal.
Reyhanın tərkibinin 1,5%-ni efir yağları, 6% tanin, qlükozidlər, salonin turşusu təşkil edir. Onun güclü qoxiya sahib olmasının səbəbi efir yağlarının mürəkkəb tərkibdə olmasıdır. Bu efir yağlarının tərkibində metilxavinol, sinerol, linalool, kamfora, osimen,tanin maddələr, turş salonin var. O mədə-bağırsağın fəaliyyətini yaxşılaşdırır və öskürək əleyhnə təsir göstərir. Onun tərkibindəki efir yağları bakteriasid təsirə malikdir.
Reyhanın tərkibində C, B2, PP, A vitaminləri, şəkər, karotin, fitonsidlər, rutin var. Reyhan immun sistemi stimulyasiya edir və orqanizmi bütün infeksiyala qarşı qoruyur. Son illərin araşdırmaları hətta, reyhanın orqanizmdə AİDS virusunun artmasının qarşısını aldığını sübut edib.
Reyhannın Xeyri
Reyhan orqanizmin kəskin respirator virus xəstəliyinə yoluxmasının qarşısını alır. O qripp, soyuqdəymə və yuxarı tənəffüs sistemi orqanları xəstəliklərinə yoluxmağın qarşısını alır, burun yollarından seliyin axmasını dayandırır, xəstəlik zamanı orqanizmdə baş verən həssaslığı azaldır, sinir sistemini möhkəmləndirir. Reyhan yaddaşın möhkəmlənməsinə səbəb olur.
Reyhanın bakteriya əleyhinə təsir göstərməsi bir çox xəstəliklər zamanı çox faydalıdır. Ağız boşluğu, dişlər və diş ətinin xəstəlikləri zamanı reyhan çeynəməyin faydası çox böyükdür.
Reyhan orqanizmə antioksidant təsir bağışlayır. Buna onun yarpaqlarının tərkibindəki qiymətli substansiyalar səbəb olur. Onun tərkibindəkilər sərbəst radikallara qarşı mübarizə aparır, yüksək aqressivli (xərçəngin inkişafını sürətləndirən) oksigen molekullarına qarşı durur.Bir sözlə reyhan yemək orqanizmi xərçəng riskindən qoruyur.
Reyhan meteorizm, mədə-bağırsaq xəstəlikləri zamanı orqanizm üçün çox faydalıdır. Onun tərkibində olan enzimlər piylərin əriməsinə yardım edir, arıqlamağı stimllaşdırır. Peyhan sinir sistemini möhkəmləndirir, yuxunu normaya salır, impotensiyanı aradan qaldırır.
Reyhanın tərkibində olan metil-kavikol efir yağı immun sistemi möhkəmləndirir, orqanizmdəki cavan hüceyrələri qoruyub saxlayır. Onun tərkibində olan evqenol və estraqol əqli fəaliyyəti artırır.
Reyhanı yeməklərin yanında təzə halda və ya yarpaqlarından dəmlənmiş çay hazırlayıb qəbul etmək olar.
Xalq təbabətində reyhandan faydalanmaq məqsədilə aşağıdakı reseptdən istifadə edilir:
Təzə reyhan yarpaqları təmiz yuyuylduqdan sonra 1 litr suya xırda -xırda doğranır və qaynadılır. Qaynayan kimi soyudulur və yarpaqları süzüldükdən sonra suya dada görə bal əlavə olunur və içilir.
Reyhannın Ziyanı
Həddindən çox reyhan yemək ürək xəstələrinə, epilepsiyadan əziyyət çəkənlərə, hamilələrə problemlər yarada bilir. Mütəxəssislər hipertoniyadan, diabetən, tromboflebitdən, işemik xəstəliklərdən əziyyət çəkənlərə də reyhan yeyərkən ehtiyyatlı olmağı tövsiyə edirlər. Buna səbəb isə reyhanın tərkibində olan rutin birləşmələrdir.

15 Sent 2025
Maraqlı

Yerdə son üç ayın ən güclü maqnit qasırğası başlayıb

Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur.

22 Fev 2025
Maraqlı

Heyvanın 1001 faydası

Bu dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir.

14 Yan 2025
Maraqlı

Bu gün Köhnə Yeni İldir - Günün maraqlı adət və ayinləri

Hər il 14 yanvar Köhnə Yeni İl (yəni, Julian təqviminə əsasən Yeni İl) kimi qeyd olunur. Bu, əsasən Rusiyada, bir sıra postsovet ölkələrində və bəzi pravoslav xristianlar arasında geniş yayılmışdır. Tarixi Julian və Qriqorian təqvimləri arasındakı fərqdən qaynaqlanır.

27 Avq 2024
Maraqlı

Bu 3 ədviyyat qanda şəkər və xolesterin miqdarını azaldır

Tədqiqatçılar ədviyyatların qanda qlükoza və xolesterol səviyyələrini tənzimləməkdə mühüm rol oynadığını aşkar ediblər.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.