BQXK-nın avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər - YENİLƏNİB

BQXK-nın avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər - YENİLƏNİB
24 Yan 2023 09:27

Realpress.az Oxu az-a istinadən xəbər verir  Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 6 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

08:54

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx dörd gündür davam edir, gənc fəallar gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.


29 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.