“Hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər möhkəm platforma formalaşıb. Ölkə Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsinin gedişində dövlətmizin başçısına ünvanlanan suallar bunu deməyə əsas verir ki, dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin Azərbaycana, ölkəmizdə gedən proseslərə marağı kifayət qədər böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında 30 il ərzində davam edən siyasi münasibətlər Azərbaycanla Çinin bir-birinə etibar edən dost və tərəfdaş ölkələr olduğunu nümayiş etdirir. Önəmli məqamlardan biri budur ki, ölkələrimiz beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər və bir-birinin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyirlər”.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov daha sonra deyib: “Dövlətmizin başçısı müsahibəsində müasir dünyada getdikcə dərinləşən qütbləşmə prosesi fonunda Qoşulmama Hərəkatının mövcud potensialından düzgün istifadə edilməsinin zəruriliyini diqqət mərkəzinə çəkdi. Cənab Prezident Azərbaycanın timsalında müasir dünyada qarşılıqlı yardım və paylaşmaların nə qədər vacib olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Həm də ölkəmiz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən edib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, əgər dünya liderləri ambisiyalar və virtual liderlik uğrunda mübarizədən əl çəksələr, silahları yerə qoyaraq bəşəriyyətin üzləşdiyi yoxsulluq, aclıq, bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması kimi fundamental problemlərə diqqətlərini yönəltsələr, bu zaman dünya daha gözəl və daha təhlükəsiz olar”.
Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 21 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.