Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür.
Arzu Əliyeva 1989-ci il 23 yanvar tarixində Bakı şəhərində anadan olub.
Orta təhsilini 1995-2006-cı illərdə Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb.
2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub.
İki övladı var.
Realpress.az kollektivi adından Arzu Əliyevanı təbrik edir, cansağlığı, uzun ömür arzulayırıq!
Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 21 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.