“James Webb” kosmik teleskopu özünün ilk ekzoplanetini kəşf edib.
Bildirilir ki, planet ölçüsünə görə Yerə bənzəyir.
Kəşf edilən göy cisminə “LHS 475 b” adı verilib. O, Günəş sistemindən 41 işıq ili məsafəsində Oktant bürcündə yerləşir. Diametri Yerin diametrinin təxminən 99%-ni təşkil edir. Həmçinin orada istilik Yerdəkindən bir neçə yüz dərəcə çoxdur.
Elm adamları hələki planetin tam təsvirini verə bilmirlər. Ancaq dəqiq məlumdur ki, məsələn, Saturnun peyki olan Titanda olduğu kimi, metan tərkibli sıx atmosfer yoxdur.
Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur.
Bu dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir.
Hər il 14 yanvar Köhnə Yeni İl (yəni, Julian təqviminə əsasən Yeni İl) kimi qeyd olunur. Bu, əsasən Rusiyada, bir sıra postsovet ölkələrində və bəzi pravoslav xristianlar arasında geniş yayılmışdır. Tarixi Julian və Qriqorian təqvimləri arasındakı fərqdən qaynaqlanır.