Güclü meteor yağışı olacaq: 110-a qədər “ulduz axacaq” - FOTO

Güclü meteor yağışı olacaq: 110-a qədər “ulduz axacaq” - FOTO
04 Yan 2023 11:45

Kvadrantida meteor axının fəaliyyəti yanvarın 4-ü, çərşənbə gecəsi pik həddə çatacaq. Lakin Aydan gələn işıq səbəbindən onun gecə səmasında tam şəkildə müşahidəsi mümkün olmayacaq.

Bu barədə Moskva Planetariyasının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, meteor axını dekabrın 28-dən yanvarın 12-dək aktiv olacaq və ilin əvvəlində maksimum həddə çatacaq. Astronomların ehtimalına görə, yanvarın 4-nə keçən gecə isə saatda 110-a qədər “ulduz axacaq”.

“Ulduz yağışını gecə yarısından sonra daha yaxşı müşahidə etmək olar. Kvadrantid gecənin ikinci yarısında kifayət qədər hündürlüyə yüksəlir. Meteor yağışını görmək üçün səmanın şimal-şərq üfüqünə baxmaq lazımdır. Lakin bu il bu hadisəni müşahidə etmək üçün əlverişsiz şərait olacaq, çünki bu zaman Ayın bədrlənməsi başlayacaq”, - deyə planetariyadan məlumat verilib.

Qeyd edilib ki, bədrlənmiş Ay səmanı işıqlandıracağı üçün uçan meteorları ayırd etmək çətinləşəcək.

 

 


15 Sent 2025
Maraqlı

Yerdə son üç ayın ən güclü maqnit qasırğası başlayıb

Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur.

22 Fev 2025
Maraqlı

Heyvanın 1001 faydası

Bu dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir.

14 Yan 2025
Maraqlı

Bu gün Köhnə Yeni İldir - Günün maraqlı adət və ayinləri

Hər il 14 yanvar Köhnə Yeni İl (yəni, Julian təqviminə əsasən Yeni İl) kimi qeyd olunur. Bu, əsasən Rusiyada, bir sıra postsovet ölkələrində və bəzi pravoslav xristianlar arasında geniş yayılmışdır. Tarixi Julian və Qriqorian təqvimləri arasındakı fərqdən qaynaqlanır.

27 Avq 2024
Maraqlı

Bu 3 ədviyyat qanda şəkər və xolesterin miqdarını azaldır

Tədqiqatçılar ədviyyatların qanda qlükoza və xolesterol səviyyələrini tənzimləməkdə mühüm rol oynadığını aşkar ediblər.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.