Elbay Qasımzadə yenidən Memarlar İttifaqının sədri seçildi

Elbay Qasımzadə yenidən Memarlar İttifaqının sədri seçildi
09 Dek 2022 13:43

Bu gün Bakıda Azərbaycan Memarlar İttifaqının XX qurultayı keçirilib.

 qurultayda çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Prezident İlham Əliyevin memarlıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğıdan, görülən işlərdən danışıb.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva dövlətimizin başçısının qurultay iştirakçılarına məktubunu oxuyub.

Mədəniyyət naziri Anar Kərimov nazirliyin Memarlar İttifaqı ilə uzun illər davam edən səmərəli əməkdaşlığından, tarixi-mədəni abidələrimizin bərpası sahəsində birgə görülən işlərdən danışıb.

Qurultayda, həmçinin memarlıq sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup memara nazirliyin mükafatları təqdim olunub.

Qurultayın sonunda Elbay Qasımzadə yenidən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib.


29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. 

29 Mar 2024
Cəmiyyət

Komanda-qərargah təlimi keçirilib (FOTO)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.