Dünya bazarında neft qiymətləri artıb.
Belə ki, WTI markalı neftin yanvar fyuçersləri 0,77% bahalaşaraq, bir bareli 72,01 ABŞ dolları olub.
“Brent” markalı neftin fevral fyuçersləri 0,76% bahalaşaraq, bir barelin qiyməti 76,73 ABŞ dolları təşkil edib.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.