Avropanın yeddi ölkəsinin xarici işlər nazirləri Kiyevə yollanıblar - FOTO

Avropanın yeddi ölkəsinin xarici işlər nazirləri Kiyevə yollanıblar - FOTO
29 Noy 2022 10:05

Bu gün Avropanın yeddi ölkəsinin - Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri Kiyevə gediblər.

 bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs öz “Twitter” səhifəsində yazıb.

“Şimali Baltikyanı ölkələrin xarici işlər nazirləri Kiyevə səfər edir və Ukraynanın yüksək səviyyəli rəsmiləri ilə görüşürlər. Bu, Rusiya təcavüzü başlayandan bəri Ukraynaya səfər etmiş ən böyük nazirlər qrupudur. Əsas məsələ - Ukraynanı bundan sonra necə dəstəkləməli”, - deyə Rinkeviçs bildirib.

O, həmkarları ilə fotosunu da paylaşıb.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto öz “Twitter” səhifəsində Kiyevin mərkəzindəki Mixaylovskaya meydanında Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilən Rusiya qoşunlarının hərbi texnikasının fotosunu dərc edib.

“Müstəqilliklərini müdafiə edən ukraynalıların cəsarətinə və qətiyyətinə ancaq heyran olmaq olar. Biz Ukraynaya nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcəyik. Rusiya işğalçı müharibəsini dayandırmalı və getməlidir”, - deyə o vurğulayıb.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.