Türkiyədə fabrikdə güclü yanğın başlayıb: İnsanlara xəbərdarlıq edildi - VİDEO

Türkiyədə fabrikdə güclü yanğın başlayıb: İnsanlara xəbərdarlıq edildi - VİDEO
28 Noy 2022 16:15

Türkiyənin Denizli şəhərində fabrikdə güclü yanğın başlayıb.

Pamukkale rayonunda yerləşən fabrikdə başlayan yanğını söndürmək üçün əraziyə çox sayda yanğınsöndürmə qrupları cəlb edilib.

Kimyəvi məhsullar səbəbindən qısa müddətdə alov bütün fabrik ərazisini əhatə edib. Partlayış səslərinin eşidildiyi bildirilir.

Polis əraziyə yaxınlaşmamaları üçün insanlara xəbərdarlıq edib.

Denizli-Afyonkarahisar avtomobil yolundan 100 metr aralıda yerləşən ərazidən havaya qalxan qara duman şəhərin bir çox səmtlərindən görünür.


18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.