Kamaləddin Qafarov: “2023-cü ildə prioritet istiqamətlər üzrə xərclər xeyli artırılıb”

Kamaləddin Qafarov: “2023-cü ildə prioritet istiqamətlər üzrə xərclər xeyli artırılıb”
26 Noy 2022 11:10

"Artıq xəbər verildiyi kimi, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat təşkil edir. Bu göstərici 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur. Qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır.  2023-cü ildə transfert 11,3 milyard manat nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır". Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında növbəti ilin dövlət büdcəsi hazırlanarkən neftin qiyməti bir barel üçün 50 ABŞ dollarına bərabər götürülmüşdür.  2023-cü il üçün dövlət büdcəsinin gəlirləri kimi, xərcləri də ölkə tarixində ən yüksək göstəricilərlə ifadə olunub. Layihədə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 1,0 milyard manat çoxdur."

Deputat qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və yenidənqurma işlərinə büdcə ayırmalarının artımı da layihədə öz əksini tapıb: "Təbii ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. Bununla belə,  işğaldan azad edilmiş ərazilərin bərpası və "Böyük qayıdış" planının təmin etdirilməsi də 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlər kimi müəyyən edilib. Bu istiqamətdə də növbəti ildə dövlət büdcəsindən vəsait ayrılmasında artım vardır. Belə ki, gələn il üçün işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard manat vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 12,4 faiz çoxdur. Həmçinin bu məqamı da qeyd etmək lazımdır ki, 2023-cü ilin dövlət büdcəsi, əvvəlki illərdə olduğu kimi, yenə də sosial yönümlü olaraq proqnozlaşdırılır. Bu məqsədlərə büdcədə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat çoxdur. Eynilə layihədə ehtiyac meyarının həddi də 23 faiz artaraq 246 manat miqdarında nəzərdə tutulur. Bununla da gələn il ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaqdır.

K.Qafarov deyib ki,  gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir. "Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2022-ci illə müqayisədə 20,5 faiz çoxdur".


29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.