Azad edilmiş ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydası təsdiq edildi

Azad edilmiş ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydası təsdiq edildi
26 Noy 2022 09:19

İşğaldan azad edilmiş ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydası təsdiq edilib.

 bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 421 saylı qərarı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Hazırda işğaldan azad edilmiş ərazilərə qısa müddətdə qayıdışın və torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin təmin edilməsi zərurəti yaranıb.

Qərarda kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin bir-biriləri arasında məqsədli təyinatının dəyişdirilməsinin Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi qarşısında Əmlak Məsələləri Dövlət Xidmətinə bildiriş göndərilməsi öhdəliyi qoyulmuşdur. Örüş, otlaq və biçənək kənd təsərrüfatı yerlərindən daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti nəzərə alınmaqla və heyvandarlığın inkişafına təsiri öyrənilməklə onların əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsinin isə Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Qərarla işğaldan azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi, həmin kateqoriya daxilində torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi, vəsatətlərə baxılmasından imtina edilməsi və məsələ ilə bağlı qəbul edilmiş qərarın aidiyyəti üzrə göndərilməsi mexanizmi müəyyən edilib.


16 Apr 2024
Siyasət

Azərbaycanda Ümumi Daxili Məhsulun dinamikasında müsbət meyillər davam edir - FOTO

Azərbaycanda Ümumi Daxili Məhsulun dinamikasında müsbət meyillər davam edir.

16 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

16 Apr 2024
Siyasət

Serbiya baş nazirinin birinci müavini: “Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm veririk” - FOTO

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb.

16 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-25-i tarixlərində Azərbaycana səfəri planlaşdırılır.

15 Apr 2024
Siyasət

Ölkədə qızıl istehsalı ARTIB

2024-cü ilin yanvar-mart aylarında ölkədə qızıl istehsalı 427.6 kq təşkil edib. Bununla da ölkədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.8 % artıb.