Prezident Azərbaycana dəstəyinə görə Ərəb Dövlətləri Liqasına təşəkkür edib

Prezident Azərbaycana dəstəyinə görə Ərəb Dövlətləri Liqasına təşəkkür edib
26 Noy 2022 09:08

Biz Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanı daim dəstəklədiklərinə görə Ərəb Dövlətləri Liqasının üzvlərinə çox təşəkkür edirik.

 bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib: “İşğal dövründə və ərazilər azad olunduqdan sonra bizi dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul olunub. Biz, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında həmrəyliyin gücləndirilməsi üzrə fəal işləyirik, bir neçə beynəlxalq tədbir keçirmişik. Pandemiya dövründə biz Ərəb Dövlətləri Liqasının və İslam Əməkdaşlıq Təşkilatı üzvləri də daxil olmaqla, dünyanın 80-dən çox ölkəsinə maliyyə və humanitar yardım göstərmişik. Bilirik ki, böyük potensial var, lakin biz iqtisadi əməkdaşlığın əsas sahələrini müəyyən etməliyik. Siyasi nöqteyi-nəzərdən hər şey aydındır, bizi dostluq münasibətləri bağlayır və mənim sammitdə iştirakım bunu göstərir. Lakin ticarət və iqtisadiyyat sahəsindəki göstəricilər, əlbəttə ki, bizi qane edə bilməz”.


24 Apr 2024
Siyasət

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.

24 Apr 2024
Siyasət

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”

“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”.

24 Apr 2024
Siyasət

Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”

“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.