İlham Əliyev Vatikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO

İlham Əliyev Vatikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO
24 Noy 2022 15:58

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə yeni təyin olunmuş apostol nunsisi arxiyepiskop Marek Solçinskinin etimadnaməsini qəbul edib.

Müqəddəs Taxt-Tacın apostol nunsisi etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu dedi. Marek Solçinski bildirib ki, Roma Papası Fransisk Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya onun salamlarını çatdırmağı xahiş edib. O deyib ki, Roma Papası dövlətimizin başçısına xalqa şərəflə rəhbərlik missiyasının uğur qazanması üçün dualar edir.

Sonra Marek Solçinski etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Apostol nunsi ilə söhbət edən Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib və onun da salamlarını Roma Papasına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Azərbaycanda və Vatikanda Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayaraq, onun ölkəmizə səmimi münasibətini həmişə hiss etdiyimizi vurğulayıb. Dövlətimizin başçısı Roma Papasının Azərbaycana rəsmi səfərini tarixi səfər kimi qiymətləndirərək, bunun ikitərəfli münasibətlərimizi, eyni zamanda, bizim tərəfdaşlıq ruhunun, multikulturalizm, sülh və tolerantlıq dəyərlərinin təşviqinin zəruriliyini nümayiş etdirdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını deyərək, bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə edib.

Dövlətimizin başçısı Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu bildirib və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək, Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu deyib.

Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirib.

Bakıda yenidən olmasından çox xoş təəssürat hissi keçirdiyini deyən Marek Solçinski Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edib.

13:26

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vatikanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marek Solçinskinin etimadnaməsini qəbul edib.

Bu barədə AZƏRTAC məlumat verib.

 


29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.