İlham Əliyev Moldovanın ölkəmizə yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB + FOTO

İlham Əliyev Moldovanın ölkəmizə yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
24 Noy 2022 15:15

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.

 etimadnaməsini dövlətimizin başçısına təqdim edən səfir Aleksandr Esaulenko Azərbaycan dilində deyib:

“Hörmətli cənab Prezident, icazə verin Sizi, burada olanların hamısını və bütün Azərbaycan xalqını Vətən müharibəsində Zəfərin ikinci ildönümü münasibətilə şəxsən Azərbaycan dilində təbrik edim”.

Prezident İlham Əliyev: “Təşəkkür edirəm”.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu vurğulayıb və konkret sahələr üzrə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Siyasi sahədə yaxşı qarşılıqlı fəaliyyətin olduğunu qeyd edən dövlətimizin başçısı yüksək səviyyədə təmasların əhəmiyyətini və ticarət mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb, nəqliyyat, energetika, investisiya qoyuluşu sahələrində əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu deyib.

Beynəlxalq səviyyədə ölkələrimizin qarşılıqlı dəstəyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın və Moldovanın ikitərəfli formatda da həmrəylik nümayiş etdiriklərini vurğulayıb.

Dövlətimizin başçısı səfir Aleksandr Esaulenkonun fəaliyyəti dövründə əlaqələrimizin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Aleksandr Esaulenko Moldova Prezidenti Maya Sandunun dövlətimizin başçısına salamlarını və Azərbaycan xalqına ən xoş arzularını çatdırıb. Qeyd edib ki, Moldova Respublikasının rəhbərliyi Moldova-Azərbaycan dövlətlərarası münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsinə çox böyük diqqətlə yanaşır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Moldovanın dövlət başçısına çatdırmağı xahiş edib.

Səfir əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı təmasların rolunu vurğulayıb. Bu xüsusda, Moldovanın Baş naziri, parlament sədri və digər rəsmi şəxslərinin ölkəmizə səfərlərinin əhəmiyyətinə toxunub. Aleksandr Esaulenko vurğulayıb ki, Moldova siyasi, iqtisadi və digər sahələrdə Azərbaycanla əlaqələrin bundan sonra da genişləndirilməsində maraqlıdır.

13:06

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.

 


23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.