Xarici ölkələrin hərbi attaşeləri Sarıbaba yüksəkliyində mina sahələrinə baş çəkiblər - YENİLƏNİB + FOTO

Xarici ölkələrin hərbi attaşeləri Sarıbaba yüksəkliyində mina sahələrinə baş çəkiblər - YENİLƏNİB + FOTO
24 Noy 2022 14:49

 Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan mina sahələrinə baş çəkiblər.

 Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri hərbi attaşeləri və jurnalistləri Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkarlanan minalar barədə məlumatlandırıblar.

Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələri ərazidə aparılan minatəmizləmə tədbirləri tanış olublar.

 

11:40

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Laçın rayonunun Sarıbaba yüksəkliyinə səfəri başlayıb.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən yüksəkliyin şimal istiqamətində basdırılmış mina sahələrinə baş çəkəcəklər.

Qeyd edək ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.


9 Dek 2022
Siyasət

Azərbaycana 65 ədəd yeni təcili tibbi yardım avtomobili gətirildi

Azərbaycana 65 ədəd yeni təcili tibbi yardım avtomobili gətirilib.

9 Dek 2022
Siyasət

Prezident yeni alınmış xüsusi təyinatlı texnikalarla tanış olub - YENİLƏNİB + FOTO

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

9 Dek 2022
Siyasət

Ermənilər Zəngilandakı mövqelərimizi atəşə tutdular

Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.

9 Dek 2022
Siyasət

İstanbulda Çırağan sarayında yanğın - VİDEO

Türkiyənin İstanbul şəhərində yerləşən Çırağan sarayının hotel hissəsində yanğın baş verib.

9 Dek 2022
Siyasət

İlham Əliyevdən Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına MÜRACİƏT

Prezident İlham Əliyev Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciət edib.