Paşinyan: “Putin Azərbaycanla Ermənistan arasında dəmir yolunun bərpası ideyasını dəstəklədi”

Paşinyan: “Putin Azərbaycanla Ermənistan arasında dəmir yolunun bərpası ideyasını dəstəklədi”
24 Noy 2022 14:45

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında dəmir yolunun bərpası ilə bağlı “müsbət impuls” aldığını bildirib.

“Rusiya Federasiyasının prezidenti ilə dünənki danışıqların nəticəsi olaraq biz müəyyən siqnallar aldıq. Dəmir yolunun bərpası üçün işlərə başlaya biləcəyimizlə bağlı əhəmiyyətli və ciddi ehtimal ola bilər. Söhbət Horadiz-Mehri-Ordubad-Sədərək-Arazdəyən dəmir yolundan gedir”, - deyə o hökumətin iclasında bildirib.

Bundan əlavə, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurası çərçivəsində keçirilən danışıqları dürüst, müsbət və açıq adlandırıb.

“Dünən KTMT Şurasının iclası keçirildi, amma yekunda, təəssüf ki, iki mühüm sənəd üzrə ümumi rəyə gələ bilmədik”, - deyə Ermənistanın baş naziri əlavə edib.


25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.

25 Apr 2024
Dünya

Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu

Qazaxıstan və Böyük Britaniya hökumətləri arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb.