Azərbaycan Prezidentinin Serbiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Prezidentinin Serbiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO
24 Noy 2022 09:20

Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Baş naziri xanım Ana Brnabiç ilə geniş tərkibdə görüşü olub.

 Serbiyanın Baş naziri Ana Brnabiç dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Sizi bu gün Belqradda görməkdən olduqca məmnunam. Bilirəm ki, bizim bir çox məsələlərə nəzər salmaq imkanımız oldu. Sizin bizim Prezidentlə məhsuldar müzakirələriniz olub. Sizi əmin etmək istərdim ki, Serbiya hökumətinə arxalana bilərsiniz. Siyasi və iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var. Ölkəniz bizim əsl dostumuzdur. Artıq qeyd etdiyim kimi, Sizinlə görüşməkdən və məsələləri müzakirə etməkdən məmnunam və şərəf hissi duyuram. Özünüzü burada öz evinizdəki kimi hiss edin. Mən Sizinlə birgə işləməyi səmimiyyətlə arzulayıram.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Çox sağ olun, hörmətli Baş nazir. Sizi görməyimə çox şadam. Haqlı olaraq qeyd etdiniz ki, Prezidentlə bizim çox konstruktiv görüşümüz oldu, biz qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə etdik. Hazırda biz həmin məsələləri davamlı şəkildə nəzərdən keçirəcəyik. Ölkələrimiz strateji tərəfdaşlardır və biz Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik. Əməkdaşlığımızın mahiyyəti onun formalarını özündə əks etdirir. Biz bu gün bir neçə mühüm sənəd imzalamışıq və onlar iş birliyimizin hüquqi əsaslarını genişləndirir. Lakin, əlbəttə ki, strateji tərəfdaşlığa aid sənəd xüsusi əhəmiyyət kəsb edir.

Təbii ki, qlobal gündəlikdə mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir və biz cənab Prezidentlə bu məsələni müzakirə etdik. İndi isə işimizi davam etdiririk. Eyni zamanda, düşünürəm ki, biz daşımalarla bağlı infrastrukturumuzun birləşdirilməsi üzərində çalışmalıyıq. Çünki Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir. Fikrimcə, bu sahədə əməkdaşlığın əhatə dairəsi daha geniş olmalıdır. Həmçinin mən ikitərəfli ticarətə aid bəzi məlumatlara baxdım. Rəqəmlər çox kiçikdir. Bu il dövriyyə artımına baxmayaraq, yenə də hesab edirəm ki, bunun üzərində işləmək imkanları var. Əlbəttə, bütün bu və digər məsələlər nəzərdən keçiriləcək. Ümid edirik ki, səfərdən sonra əməkdaşlığımızda yeni dinamikanı görəcəyik.

 

16:54

Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Baş naziri Ana Brnabiç ilə geniş tərkibdə görüşü olub.

Bu barədə AZƏRTAC məlumat yayıb.


28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

27 Mar 2024
Siyasət

Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.