“Biz bu gün Prezident İlham Əliyevlə görüşmüşük. Bu səhər bizim möhtəşəm müzakirələrimiz oldu. Amma müvafiq vəziyyətə görə o, bizim ölkədə daha uzun müddət qala bilməyəcək. Ümid edirəm ki, qısa müddət ərzində onu yenə də Serbiyada qəbul etmək imkanımız olacaq”.
bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda mətbuat konfransında bildirib.
“Biz Azərbaycanla bir çox sahədə müxtəlif imkanlara malikik. Biz hər iki dövlət olaraq ərazi bütövlüyümüzü qorumağa çalışırıq və öz dövlətlərimizi beynəlxalq arenada təqdim edirik. Xüsusilə beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı iş görürük. Bu da BMT çərçivəsində həyata keçirilir və bu, təqdirəlayiq haldır. Amma mən fikirləşirəm ki, biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik”, - deyə Serbiya Prezidenti vurğulayıb.
Gürcüstanın Qara dəniz sahilindəki Kobuleti şəhərində güclü yağışlar sel və daşqınlara səbəb olub.
“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir.
Fizika üzrə Nobel mükafatının qalibləri elan olunub.