8 yaşlı Aytənin sağlamlığına qovuşması üçün yardımınıza ehtiyacı var - FOTO

8 yaşlı Aytənin sağlamlığına qovuşması üçün yardımınıza ehtiyacı var - FOTO
23 Noy 2022 12:39

8 yaşlı Aytənin sağlamlığına qovuşması üçün yardımınıza ehtiyacı var.

Bu barədə Aytən Qurbanovanın anası Gədəbəy rayon sakini Yusifova Ülviyyə müraciət edib. O bildirib ki, 8 yaşlı Qurbanova Aytən Şirin qızı anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir:

“Həmçinin Belində Lordoz xəstəliyi var. Ayaqlarının birində qısalma var. Təcili əməliyyat olunmalıdır. Əməliyyat Bakıda özəl klinikalardan birində aparılacaq. Hazırda Aytənin vəziyyəti çox pisdir. Belindəki əyilmə artıq ona oturmağa imkan vermir. Həkimlər deyir ki, əməliyyat olunmasa, 13-14 yaşından sonra yeriyə bilməyəcək. Bu xəstəliyə görə gələcəkdə Aytənin daxili orqanlarında problem yarana bilər. Əsas problem də odur ki, əməliyyat olunmasa, Aytən gələcəkdə ana ola bilməyəcək”.

Ü.Yusifovanın sözlərinə görə, artıq qızı Aytən ayağının birindən əməliyyat olunub. Digər ayağının əməliyyatı üçün 7 min manat tələb olunur:

“Dekabrın birində əməliyyat olunacaq. Bizim də vaxtımız azdır. Daha sonra edilən əməliyyatlarda həkimlər sağalmağa qarantiya vermir. Əməliyyat üçün lazım olan məbləğin bir qismi artıq toplanıb. İndi bizə əməliyyat üçün cəmi 2500 manat lazımdır. İmkanlı şəxslərdən xahiş edirəm ki, balamın sağalması üçün bizə dəstək olsunlar”,- deyə o söyləyib.

Ü.Yusifova maddi vəziyyətlərinin yaxşı olmadığını deyib:
“Həyat yoldaşım uşaq bağçasında mühafizəçi işləyir. Paralel olaraq fəhləliklə məşğul olur. 9 yaşlı oğlumun da ürəyində və gözlərində problem var. Oğlumun müalicəsi üçün kredit götürmüşdük deyə, yoldaşımın maaşının yarısı kreditə çıxır. Qalan pul da gündəlik dolanışığımıza və kommunal xərclərə güclə çatır. 

Yardım etmək istəyənlər üçün bank hesabı- KapitalBank:4169 7377 0901 3573

Qeyd edək ki, A.Qurbanovanın ailəsi daha əvvəl də yardım üçün saytımıza müraciət etmişdi. Lazım olan məbləğ tam toplanmadığından azyaşlı yalnız bir ayağından əməliyyat olunub.





 

9 Dek 2022
Cəmiyyət

Heydər Əliyev Beynəlxalq Aeroportunda dörd milyondan artıq sərnişinə xidmət göstərilib

2022-ci ilin əvvəlindən Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunda 4,04 milyon sərnişinə xidmət göstərilib. Ümumilikdə, göstərilən müddət ərzində ölkənin hava limanlarında beş milyona yaxın sərnişinə xidmət göstərilib.

9 Dek 2022
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 300 vaksin vurulub.

9 Dek 2022
Cəmiyyət

Azərbaycanda daha 58 nəfər COVID-19-a yoluxub - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

9 Dek 2022
Cəmiyyət

Milli Məclisin iclası keçirilir, Baş nazir iştirak edir

Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb.

9 Dek 2022
Cəmiyyət

Ağ örpəyə bürünən Laçın... - FOTO

8 ildən sonra işğaldan azad edilən Laçına qar yağıb.