Azərbaycan əsilli gimnast dünya çempionatında qızıl medalın sahibi oldu - FOTO

Azərbaycan əsilli gimnast dünya çempionatında qızıl medalın sahibi oldu - FOTO
07 Noy 2022 12:43

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnast Cessika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında sərbəst hərəkətlərdə qızıl medal qazanıb.

O, 14,200 balla ABŞ təmsilçiləri Cordan Çayls, Ceyd Keri və braziliyalı Rebekka Andradeni qabaqlayıb.

Beləliklə, Cessika Qədirova bu ölkənin tarixində dünya çempionu titulunu qazanan beşinci britaniyalı olub.

Xatırladaq ki, o noyabrın 4-də 55,199 xalla çoxnövçülükdə fəxri kürsünün 3-cü pilləsinə qalxıb, bununla da tarixi nəticəyə imza atıb. Belə ki, bu, Böyük Britaniyanın dünya çempionatında qadınlar arasında şəxsi çoxnövçülük üzrə ilk medalı olub.

Qeyd edək ki, istedadlı idmançının əkiz bacısı Cennifer Qədirova da gimnastika ilə məşğul olur.

 


18 Apr 2024
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

17 Apr 2024
İdman

Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.

16 Apr 2024
İdman

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.